İdman

Lukaku "İnter"in tarixinə keçdi

20 Avqust 2020 15:14
Baxış: 1 162
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "İnter" klubu UEFA Avropa Liqasının yarımfinal mərhələsində "Şaxtyor"a 5:0 hesabı ilə qalib gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, start heyətində meydana çıxan Romelu Lukaku "neradzurri"nin iki qolunun müəllifi olub. Bu, onun cari mövsümdə "İnter"in heyətində keçirdiyi 50-ci oyunu olub. Belçikalı futbolçu 2011-ci ildən bəri bir mövsümdə 50 oyun səddini keçən "İnter"in ilk futbolçusu olub.

Sonuncu dəfə belə göstərici 2010/2011-ci il mövsümündə 52 oyunla Xavyer Zanetti və 53 matçla Samuel Etoya məxsus olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.