İdman

FİFA futbol vətəndaşlığı ilə bağlı qaydaları dəyişir

20 Avqust 2020 14:08
Baxış: 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

FİFA futbolçuların milli komandalarda çıxış etmək hüququ qaydasında dəyişiklik etməyi planlaşdırır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yeni qayda ilə bəzi oyunçuların yığma komandasını dəyişmək asanlanacaq.

Hazırkı qaydaya əsasən, futbolçu milli komanda ilə ən azı 1 rəsmi görüş keçiribsə, ikinci yığmada oynaya bilməz.

FİFA ilk çıxış etdiyi yığmada 3 rəsmi matçdan çox oynamayan futbolçunun komandasını dəyişə bilməsi variantı haqda düşünür. Ancaq dünya çempionatının və konfederasiyaların final turnirlərində iştirak edənlərin vətəndaşlıqlarını dəyişməsi mümkün olmayacaq.

FİFA eyni zamanda futbolçulara oynamayacağı təqdirdə, ilk milli komandalarına qayıtmağa icazə verməyi təklif edir.

211 milli federasiya FİFA-nın Sürixdə onlayn formada keçirəcəyi iclasda qaydaları təsdiqləsə, yeni qayda gələn aydan qüvvəyə minəcək.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.