İdman

Braziliyalı futbolçu Azərbaycanda oynaya bilər

18 Avqust 2020 14:41
Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya "Vitoriya"sının futbolçusu Eronildo dos Santos Roşa karyerasını Azərbaycanda davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu Azərbaycan Premyer Liqası klublarından biri ilə danışıqlar aparır. Bildirilib ki, razılıq əldə olunsa, o, 2020/2021 mövsümündə icarə əsasında ölkəmizdə oynayacaq.

Qeyd edək ki, Eronildo dos Santos Roşa 2015-ci ildə Braziliyanın U-17 yığmasında oynayıb. Onun "Vitoriya" ilə müqavilə müddəti 2021-ci ilin dekabrında başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.