İdman

“Xəzər Lənkəran” və “Qarabağ”ın sabiq hücumçusuna iş verildi

17 Avqust 2020 15:40
Baxış: 1 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Millimizin sabiq futbolçusu Zaur Ramazanov "Səbail" klubunda işə başlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, seleksioner məşqçi kimi fəaliyyət göstərəcək.

44 yaşlı veteran "Səbail"in aşağı yaş qruplarından ibarət komandaları üçün futbolçu axtarmaqla məşğul olacaq.

Qeyd edək ki, Zaur Ramazanov MOİK, "Bakılı", "Karvan", "Xəzər Lənkəran" və "Qarabağ" kimi komandalarda forma geyinib. Millimizdə 15 oyun keçirsə də, rəqib qapısına yol tapa bilməyib.

Onun karyerasının pik vaxtı "Karvan" və "Xəzər Lənkəran" klublarında olub. Məhz bu iki klubla iki dəfə Azərbaycan çempionatının bombardiri adına yiyələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.