İdman

UEFA prezidenti koronavirus testindən keçəcək

11 Avqust 2020 20:11
Baxış: 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA-nın prezidenti Aleksandr Çeferin və baş katibi Teodor Teodoritis Avrokubokların finallarından öncə koronavirus testindən keçəcəklər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Prezident və baş katibdən həm Çempionlar Liqasının, həm Avropa Liqasının, həm də Qadınlararası Çepmionlar Liqasının həlledici görüşlərindən öncə test nümunələri götürüləcəyi bildirilib. Prosedur oyunlardan 2 gün əvvəl aparılacaq.

Qeyd edək ki,  Avropa Liqasının finalı 21 avqust Almaniyada, Çempionlar Liqasının finalı 23 avqust Portuqaliyada, Qadınlararası Çempionlar Liqasının finalı isə 30 avqust İspaniyada keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.