İdman

"Messi dünyanın ən yaxşı oyunçusu ilə qarşılaşacaq"

11 Avqust 2020 17:54
Baxış: 2 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın sabiq futbolçusu Lotar Matteus komandanın Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə qarşılaşacağı  matçla bağlı fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, görüş öncəsi Münhen klubunun hücumçusu Robert Levandovskini fərqləndirib: "Messi dünyanın ən yaxşı oyunçusu olan varisi Robert Levandovski ilə qarşılaşacaq. Robert nəinki ən yaxşı hücumçu, eyni zamanda dünyanın ən yaxşısıdır.

Düzdür, "Barselona"da da Messi kimi futbolçu var. Onun kimi bir oyunçu meydanda fərq yarada bilər. Ancaq Messinin olması "Barselona" üçün kifayət deyil. Buna görə də narahat deyiləm".

Qeyd edək ki, "Barselona" və "Bavariya" arasında Lissabondakı görüş avqustun 14-ü keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.