Maurisionun biri gedir, biri gəlir - "Yuventus" Poçettinoyla danışıqlara başlayır
Çempionlar Liqasında mübarizəni 1/8 finalda dayandıran İtaliya "Yuventus"unun rəhbərliyi baş məşqçi Maurisio Sarridən narazıdır.
Milli.Az apasport.az-a istinadən bildirir ki, Turin təmsilçisi artıq yeni çalışdırıcı axtarışına da çıxıb.
İtaliyalılar bu məqsədlə Maurisio Poçettino ilə əlaqə də saxlayıb. "Yuventus" onun təcili şəkildə onun kluba gətirilməsini istəyir.
Milli.Az