İdman

UEFA reytinqində İspaniya 100-ü fəth etdi, Azərbaycan yerində qaldı

7 Avqust 2020 14:28
Baxış: 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının 1/8 final oyunları başa çatdıqdan sonra UEFA reytinqi açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, koronavirus pandemiyası ilə bağlı fasilədən sonrakı ikinci oyun günündə 4 ölkə aktivinə xal əlavə edib.

Bunlar İngiltərə, İsveçrə, İspaniya və Almaniyadır. Lakin bu xallar cədvəldə hər hansı yerdəyişmə üçün yetərli olmayıb.

Siyahıya başçılıq edən İspaniya 100 xal səddini aşmağı bacarıb. Bu, "Sevilya"nın "Roma" üzərində qələbəsindən sonra reallaşıb.

Yunanıstan və Şotlandiya sonuncu təmsilçisini itiribsə, Almaniya, İtaliyanın mübarizəni davam etdirən komandaların sayı azalıb.

Qeyd edək ki, təmsilçiləri mübarizəni ötən il başa vuran Azərbaycan 26-cı pillədə qalıb. Ölkəmizin hesabında 18,750 xal var.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.