İdman

Qayıdışı rəsmiləşdi - Arda Turanın

6 Avqust 2020 08:28
Baxış: 1 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Qalatasaray" klubu transfer çalışmalarını davam etdirir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, İstanbul təmsilçisi sabiq futbolçusu Arda Turanla keçidini rəsmiləşdirib.

Son klubu "Başakşəhər" olan Turanla 1+1 illik müqavilə imzalanıb. Futbolçu "sarı-qırmızılar"ın heyətində 66 nömrəli forma ilə çıxış edəcək. O, hər oyun üçün 200 min Türkiyə lirəsi qazanacaq.

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi 2004-11-ci illərdə də "Qalatasaray"da oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.