"Chelsea"nin futbolçusu Pedro Rodriqez çiynindən əməliyyat olunub.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bununla bağlı ispaniyalı hücumçu şəxsi instaqram hesabında paylaşım edib.
Əməliyyatın uğurlu keçdiyini yazan 33 yaşlı forvard tezliklə meydana qayıdacağını bildirib. İngiltərə Kubokunun finalında Arsenal-a 1:2 hesablı məğlubiyyətə təəssüflənən Pedro sonda dəstəklərinə görə hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, Arsenal-la matçın sonuncu dəqiqəsində rəqib komandanın qapıçısı ilə toqquşan Pedro Rodriqez meydanı xərəkdə tərk etmişdi.
Milli.Az