"Real"ın futbolçusu Mariano Dias koronavirusa yoluxub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, onun koronavirus testi müsbət çıxıb. 26 yaşlı hücumçunun evində karantində olduğu və məşqlərə gəlmədiyi vurğulanıb.
İspaniya mətbuatı Diasın Çempionlar Liqasının 1/8 finalında avqustun 7-i keçiriləcək "Mançester Siti" ilə cavab oyununda iştirak etməyəcəyini yazıb.
Qeyd edək ki, Dias 2019/2020 mövsümündə 7 matçda 1 qol vurub.
Milli.Az