İdman

70 illik rekordu təkrarladı - Lukaku

26 İyul 2020 14:21
Baxış: 1 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İnter"in hücumçusu Romelu Lukaku klub rekordunu təkrarlayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, belçikalı forvard buna A seriyasının XXXVI turunda "Cenoa" ilə səfər oyununda nail olub.

Komandasının 3:0 hesabı ilə qalib gəldiyi matçda dubla imza atan Lukaku cari mövsüm səfər oyunlarında vurduğu qolların sayını 15-ə çatdırıb. Bununla o, 70 illik rekordu təkrarlayıb. Sonuncu dəfə 1949/50 mövsümündə Stefano Nyers eyni göstərici ilə rekord müəyyənləşdirib.

Qeyd edək ki, Romelu Lukaku bu mövsüm 44 oyunda 29 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.