İdman

17 yaşlı futbolçunun forma nömrəsi əbədiləşdirildi

25 İyul 2020 09:30
Baxış: 1 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birmingham Borussia Dortmund-a transfer olunan Cuda Bellingemin forma nömrəsini əbədiləşdirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, 17 yaşlı futbolçunun 22 nömrəli formasının əbədiləşdirildiyi və bundan sonra heç bir oyunçuya verilməyəcəyi bildirilib.

Bellingem 23 milyon avro qarşılığında Borussia-ya transfer olunub. Bununla da o, Birmingham tarixinin ən baha satılan futbolçusuna çevrilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.