İdman

Növbəti mükafat - "Liverpul"un kapitanına

24 İyul 2020 17:06
Baxış: 799
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Liverpul"un kapitanı Cordan Henderson daha bir fərdi mükafat alıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, İngiltərə Futbol Yazarları Dərnəyi onu mövsümün ən yaxşı futbolçusu seçib.

Adıçəkilən dərnək üzvləri ulduz futbolçuya Premyer Liqada mövsümün ən yaxşısına təqdim edilən mükafatı vermək qərarına gəlib. Bir neçə gün əvvəl isə BBC-nin oxucuları arasında aparılan sorğudan sonra Henderson ən yaxşı seçilmişdi.

Qeyd edək ki, Premyer Liqada sona 1 tur qalsa da, "Liverpul" çempionluğunu çoxdan rəsmiləşdirib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.