İdman

"Milan" baş məşqçi Pioli ilə müqaviləni uzadır

22 İyul 2020 09:26
Baxış: 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "Milan" futbol klubu baş məşqçi Stefano Pioli ilə müqaviləni 2022-ci ilə qədər uzadıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, S.Pioli bu vəzifəyə keçən ilin oktyabrında təyin edilib.

"Milan" klubu üç turdan sonra Avropa Liqasında ilkin iştirakını təmin edə bilib. Komanda turnir cədvəlində 35 oyundan sonra 59 xalla beşinci yerdədir. Klubun futbolçuları son doqquz oyunda yeddi qələbə və iki heç heçə oynayıblar.

54 yaşlı mütəxəssislə müqavilə 2022-ci ilə qədər uzadılacaq.

"Stefano müvəffəqiyyətli, gənc və qələbələrə iştahı olan komandaya rəhbərlik edə bilən adamdır "- klubun idman direktoru Paolo Maldini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.