İdman

Azərbaycan yığmasının futbolçusunun komandasından “Şaxtyor”la heç-heçə

20 İyul 2020 04:30
Baxış: 1 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Ukrayna Premyer Liqasında 32-ci turun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya" da növbəti matçına çıxıb.

Sözügedən komanda mövsümün əsas hissəsinin son turunda doğma meydanda Kiyev "Dinamo"su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
 
Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Aleksandriya" mövsümün əsas hissəsini 32 oyuna topladığı 51 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə başa vurub. Paşayevin komandasını qarşıda Avropa Liqasına vəsiqə uğrunda pley-off oyunları gözləyir. "Aleksandriya" yarımfinalda "Mariupol"la qarşılaşacaq. Bu oyun iyulun 25-də baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.