İdman

"Qarabağ"ın sabiq məşqçisi "Valensiya"da

3 İyul 2020 20:42
Baxış: 1 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın sabiq məşqçisi Ruben Sellesin yeni iş yeri müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, doğulduğu Valensiya şəhərinin eyniadlı klubunda çalışacaq. 37 yaşlı mütəxəssis 2020/21 mövsümündə "Valensiya" Akademiyasında "Yuvenil B" komandasının birinci məşqçisi vəzifəsində işləyəcək.

Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da fiziki hazırlıq üzrə məşqçi işləyib. O, 2018-ci ilin yanvarında köməkçi məşqçi kimi təyin olunduğu Danimarkanın "Orxus" klubundan ötən ay ayrılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.