"Neftçi" klubunun qapıçısı Səlahət Ağayev maaşının azaldılmasına razı olmur.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, klub rəhbərliyi Səlahət Ağayevin maaşının azaldılmasını istəyir. Lakin qapıçı qüvvədə olan 1 illik müqaviləsinin maliyyə dəyərinin aşağı salınması təklifini qəbul etməyib.
Hazırda təcrübəli qolkiperlə danışıqlar aparılır.
Səlahət Ağayev bu il cəmi 1 rəsmi oyunda meydan çıxıb.
Milli.Az