Səlahət Ağayev maaşının azaldılmasına razı deyil

1 İyul 2020 21:15

"Neftçi" klubunun qapıçısı Səlahət Ağayev maaşının azaldılmasına razı olmur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, klub rəhbərliyi Səlahət Ağayevin maaşının azaldılmasını istəyir. Lakin qapıçı qüvvədə olan 1 illik müqaviləsinin maliyyə dəyərinin aşağı salınması təklifini qəbul etməyib.

Hazırda təcrübəli qolkiperlə danışıqlar aparılır.

Səlahət Ağayev bu il cəmi 1 rəsmi oyunda meydan çıxıb.

Milli.Az