İdman

"Mbappe və Reşford bərabərsəviyyəli futbolçulardılar"

25 İyun 2020 18:54
Baxış: 1 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa millisinin və "Manchester United"in keçmiş futbolçusu Lui Saa Kilian Mbappe və Markus Reşfordu müqayisə edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Saa onların bərabərsəviyyəli futbolçular olduqlarını düşünür:

"Mbappe və Reşford bacarıq olaraq bərabərsəviyyəli oyunçulardılar. Hər ikisi sürətlidi, texniki baxımdan güclüdülər, 2-3 müdafiəçi ilə əhatə olunanda vəziyyətdən çıxa bilirlər.

Mövqe olaraq da Kilian və Markus bənzərdilər. Hər ikisi geniş oynamağı sevməklə yanaşı, mərkəzdə də faydalıdılar. Ustalıq baxımından 100% eyni səviyyədədilər. Sadəcə, Mbappe daha stabildi. Digər tərəfdən, Reşford quruculuq mərhələsində olan "Manchester United"də oynadığı üçün, tam olaraq özünü göstərə bilmir". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.