İdman

Türkiyə millisinin üzvü Premyer Liqa nəhənginə keçir

22 İyun 2020 20:16
Baxış: 2 057
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Roma-da çıxış edən Türkiyə millisinin üzvü Cengiz Öndər karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, Manchester United oyunçunun xidmətində maraqlıdır.

Bildirilir ki, "qırmızı şeytanlar" Borussia-da çıxış edən Ceydon Sançonun transferindən vaz keçməyi düşünür. Buna səbəb Dortmund təmsilçisinin futbolçu üçün 125 milyon avro tələb etməsidir.

"Manchester United isə bu rəqəmin çox olduğunu və alternativ kimi Öndəri heyətinə qatmağı düşünür. Premyer Liqa təmsilçisinin Türkiyə millisinin üzvü üçün 30 milyon avro ödəməyə hazır olduğu vurğulanıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.