İdman

Üç futbolçuda koronavirus aşkarlandı - MLS-də

21 İyun 2020 23:50
0 Şərh     Baxış: 1 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın futbol üzrə yüksək liqasında (MLS) mübarizə aparan klubların kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, testlərdən üçünün nəticəsi müsbət çıxıb.

Onların hər üçünün futbolçu olduğu bildirilir. Belə ki, "Atlanta Yunayted"də iki, "İnter Mayami"də isə bir futbolçunun analizi müsbət nəticə verib. Bu barədə sözügedən klubların rəsmi saytı məlumat yayıb.
 
Koronavirus aşkarlanan futbolçuların hər biri karantinə alınıb. Onlarda pandemiyanın hansısa simptomlarına rast gəlinmədiyi bildirilir.
 
Mart ayından etibarən dayandırılan MLS-də iştirakçı komandalar iyulun 8-də fərqli formatda təşkil olunacaq turnirdə mübarizə aparacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.