İdman

İngiltərə Premyer-liqası tarixinin ən pis məşqçiləri açıqlanıb

20 İyun 2020 19:21
Baxış: 1 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın "The Mirror" qəzeti futbol üzrə İngiltərə Premyer-liqası tarixinin ən pis məşqçilərinin reytinqini tərtib edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, reytinqə niderlandlı məşqçi Frank de Bur başçılıq edib.

2017-ci ildə "Kristal Pelas" klubuna gətirilən F.de Bur beş matçdan sonra klubdan qovulub. Klub onun rəhbərliyi müddətində 1 qələbə qazanıb, 4 dəfə isə məğlub olub.

İkinci yerdə fransalı mütəxəssis Jak Santini yer alıb. 2004-cü ildə "Tottenhem"ə təyin olunan J.Santini 13 oyundan sonra istefa verib.

Premyer-liqada işləyən ilk amerikalı məşqçi olan Bob Bredli isə "Suonsi"nin sükanı arxasında 85 gün qala bilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.