İdman

330 gündən sonra meydana qayıtdı - Topa ilk toxunuşu qol oldu - VİDEO

19 İyun 2020 13:18
Baxış: 1 495
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın futbolçusu Marko Asensionun uzun müddət zədədən sonra meydana qayıdışı uğurlu alınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 2019-cu il iyulun 24-də zədələnən ispaniyalı hücumçu ötən gecə La Liqanın 29-cu turunda "Valensiya" ilə görüşün (3:0) 74-cü dəqiqəsində meydana çıxıb.

24 yaşlı forvard meydana daxil olan dəqiqədə Ferlan Mendinin ötürməsini saxlamadan, birbaşa rəqib qapısına göndərib. Beləliklə o, 330 günlük fasilədən sonra topa ilk toxunuşundaca qol vurub.

Bundan başqa, görüşün 86-cı dəqiqəsində Kərim Benzemanın qolunun ötürməsini də Asensio verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.