66 yaşlı nənə gözəllik müsabiqəsinin finalına çıxdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaponiyada keçirilən gözəllik müsabiqəsinə "Miss Universe Japan"n finalına 66 yaşlı nənə vəsiqə qazanıb.
Milli.Az xəbər verir ki, bu barədə Mothership nəşri məlumat yayıb.
Tokiodan olan Dzunko Sakai üç övlad anası və üç nəvənin nənəsidir. O, ölkənin ən gözəl 42 qadını arasına düşərək yarışmanın finalına yüksəlib.
Sakai 30 ildir ki, evdar qadındır. O, "Miss Universe"də yaş məhdudiyyətlərinin ləğv edildiyini öyrəndikdən sonra özünü müsabiqədə sınamaq qərarına gəlib.
Yaşlı iştirakçı əvvəlcə digər rəqiblərinin ona laqeyd və ya soyuq münasibət göstərəcəyindən ehtiyat edib. Lakin onun sözlərinə görə, bütün iştirakçılar ona müsbət münasibət göstərib, bu da Sakaini çox sevindirib.
Müsabiqə ərzində o, bəzən rəqs hərəkətlərini və çıxış mətni unutsa da, təşkilatçılar ona müəyyən güzəştlər ediblər. Belə ki, Sakaiyə bikini əvəzinə qapalı mayoda səhnəyə çıxmağa icazə verilib. Bununla belə, ona corab geyinmək qadağan olunub.
Müsabiqənin qalibi 21 yaşlı Kaori Haşimoto seçilib. Amma, Dzunko Sakai "Miss Konqenialiti", yəni ən mehriban və qayğıkeş iştirakçı mükafatına layiq görülüb. O, çıxışında yaşlı yaponları təmsil edə bildiyi üçün qürur duyduğunu bildirib:
Xatırladaq ki, 2024-cü ilin mayında "Miss Argentina" müsabiqəsinin finalına 60 yaşlı Alehandra Marisa Rodriqes də yüksəlmişdi.
İsmayıl
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Formula 2": Aleks Dann növbəti dəfə Bakıda qalib olub - (Yenilənib)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir





