İdman

"Burada tempi tədricən artırmaq lazımdır"

19 Sentyabr 2025 10:19
Baxış: 225
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Haas" komandasının pilotu Esteban Okon Bakıdakı "Formula 1" yarışından danışıb. 

Milli.Az xəbər verir ki, pilot Azərbaycan Qran-prisində ötən il  ABŞ təmsilçisi sürücülərinin yaxşı çıxış etdiyini qeyd edib.

"Hətta iki bolidlə xal qazanmağa çox yaxın oldular. Bizim bu həftəsonu hədəfimiz yaxşı mübarizə aparmaqdır. Amma lazım olan səviyyəyə çatmaq üçün tempi mərhələ-mərhələ artırmaq vacibdir. Monakoda olduğu kimi, burada da hər dövrədə, hər sessiyada tempi artırmaq, eyni zamanda maşın üzərində işləməyə davam etmək çox önəmlidir".

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Tural
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.