İdman

Bakının “Avro-2020”yə ev sahibliyi edəcəyi təsdiqləndi

17 İyun 2020 18:59
Baxış: 1 517
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək şəhərlər təsdiqlənib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə UEFA-nın iyunun 17-də təşkil olunan İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

Belə ki, UEFA qitə çempionatının 12 ölkədə keçirilməsi ilə bağlı qərarını dəyişməyib. Çempionata Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.

Turnirin "A" qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək. Belə ki, İsveçrə-Uels oyunu iyunun 12-də, Türkiyə-Uels qarşılaşması ayın 16-da, Türkiyə-İsveçrə matçı isə dörd gün sonra təşkil olunacaq. Bakıda baş tutacaq dörddəbir final mərhələsinin bir görüşü isə iyulun 3-də keçiriləcək.

"Avro-2020" gələn il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.