İdman

Musleranın son durumu açıqlandı

15 İyun 2020 13:38
0 Şərh     Baxış: 1 284
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Superliqanın 27-ci turunda "Rizəspor"la görüşdə (0:2) ağır zədə alan "Qalatasaray"ın qapıçısı Fernando Musleranın son durumu açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, uruqvaylı qolkiperin həm böyük, həm də kiçik baldır sümüyündə qırıq aşkarlanıb. Onun əməliyyat olunacağı bildirilib.

Mövsümü baş vuran təcrübəli qapıçının 6-8 ay meydana çıxa bilməyəcəyi ehtimal olunur.

Xatırladaq ki, "Qalatasaray"ın aparıcı üzvlərindən olan Muslera "Rizəspor"la görüşün 15-ci dəqiqəsində rəqib hücumçusu Milan Şkoda ilə toqquşma nəticəsində zədələnmiş və dərhal xəstəxanaya aparılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.