İdman

Musleranın ayağı sındı - FOTO

15 İyun 2020 11:37
0 Şərh     Baxış: 1 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray" klubunun qapıçısı Fernando Muslera Türkiyə çempionatının 27-ci turunda səfərdə "Rizespor"la oyunda rəqib futbolçu ilə toqquşaraq iki yerdən ayağını sındırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, uruqvaylı qolkiperi dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıblar.

Futbolçunun zədəsinin bərpa müddəti hələ məlum deyil.

Qeyd edək ki, "Qalatasaray" həmin oyunda 2:0 hesabı ilə məğlub olub.

"Qalatasaray" Türkiyə çempionatında aktivində 50 xalla üçüncü yerdədir. "Rizespor" isə 28 xalla 14-cü yerdə qərarlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.