İdman

""Barselona"da xoşbəxtəm, amma..."

14 İyun 2020 17:39
0 Şərh     Baxış: 1 403
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidalın adı İnter-lə birlikdə hallanır.

Milli.Az fanat.az-a istinadən bildirir ki, Vidal "neradzurri"yə keçidini istisna etməyib:

""Barselona"da xoşbəxtəm, burada yaxşı komanda yoldaşlarım var, amma özümü heyətin vacib parçası hesab etmək istəyirəm. Əks halda, karyeramı başqa bir yerdə davam etdirmək barədə düşünməli olacam. Mən oynamaq istəyirəm. Hər matçda meydana çıxmaqdan çox, çətin və titulların taleyini həll edən qarşılaşmalara oynamaq önəmlidi.

"İnter"in marağına gəlincə, baş məşqçi Antonio Konte ilə əla münasibətlərim var. O, mənim qalib təfəkkürünə malik, etibarlı biri olduğumu yaxşı bilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.