İdman

"Barselona" rəhbərliyindən Messiyə çılğın təklif

9 İyun 2020 18:39
Baxış: 3 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" rəhbərliyi ilə kapitanı Lionel Messi arasında yeni müqavilənin danışıqlarına start verilib.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Kataloniya klubu argentinalı superulduza yeni 2 illik sözləşmə təklif edib.

La Liqa təmsilçisinin 2023-cü ilin yayına qədər nəzərdə tutduğu anlaşmaya qol çəkəcəyi təqdirdə, Leonun illik maaşı 50 milyon avro təşkil edəcək.

32 yaşlı futbolçu menecerliyini edən atası Xorxe Messi gələn həftə "Barsa" rəhbərliyi ilə görüşəcək.

Qeyd edək ki, Lionel Messi cari mövsüm 31 oyunda iştirak edib, 24 qol vurub, 16 məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.