İdman

FİFA hakimi qaradərili oyunçuya niyə barmaq göstərdi?

6 İyun 2020 17:32
0 Şərh     Baxış: 1 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Latviyada "Riqa" və "RFS Riqa" komandalarının yoxlama oyunu (0:2) zamanı beynəlxalq qalmaqala səbəb ola biləcək hadisə baş verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, kadrlardan görünür ki, hakim qaradərili futbolçu Sedrik Kaudioya qırmızı vərəqə və orta barmağını göstərir.

DÇ-2022-ni idarə etməyə Avropadan namizəd olan 35 yaşlı hakimin bu davranışı sosial şəbəkələrdə geniş müzakirə olunub və pislənilib. 

Amma məsələyə münasibət bildirən Andris Treymanis göstərdiyi jestin səbəbini açıqlayıb. O deyib: "Bu söhbətlərə son qoymaq üçün vəziyyəti izah etməli olacağam. Həmin epizod zamanı futbolçu rəqibə orta barmağını göstərdi. Məhz buna görə, qaydalara əsasən, onu qırmızı vərəqə ilə cəzalandırdım. Futbolçu "qırmızı"nı görədə bunun səbəbini başa düşmədi. Sözlə izahatımı başa düşmədiyi üçün onun etdiyi jesti təkrarlamalı oldum. Yəni bu, futbolçuya qarşı hərəkət deyildi. Sadəcə, oyunçuya nəyə görə cəzalandığını aydınlaşdırmaq istədim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.