İdman

Avropanın ən dəyərli klubları - ilk "10-luq"da 6 ingilis

30 May 2020 16:53
Baxış: 1 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

KPMG Avropanın ən bahalı futbol klublarının adlarını açıqlayıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, auditor şirkəti hesablamanı 2020-ci ilə əsasən aparıb.

Madrid "Real"ı bu baxımdan ən reytinqli klub olub. İspaniya nəhənginin dəyəri 3 milyard 478 milyon avrodur. Onu 3 milyard 342 milyon avro ilə "Mançester Yunayted" izləyib. Siyahıda ilk iki yer ötənilki kimi üqalıb. Üçüncü pillədə isə "Barselona" qərarlaşıb.

Avropanın ən dəyərli 20 klubu:

1. "Real" (İspaniya) - 3,478 milyard avro
2. "Mançester Yunayted" (İngiltərə) - 3,342 milyard
3. "Barselona" (İspaniya) - 3,193 milyard
4. "Bavariya" (Almaniya) - 2,878 milyard
5. "Liverpul" (İngiltərə) - 2,658 milyard
6. "Mançester Siti" (İngiltərə) - 2,606 milyard
7. "Çelsi" (İngiltərə) - 2,218 milyard
8. "Tottenhem" (İngiltərə) - 2,067 milyard
9. PSJ (Fransa) - 1,911 milyard
10. "Arsenal" (İngiltərə) - 1,852 milyard
11. "Yuventus" (İtaliya) - 1,735 milyard
12. "Borussiya" (Dortmund, Almaniya) - 1,281 milyard
13. "Atletiko" (İspaniya) - 1,197 milyard
14. "İnter" (İtaliya) - 983 milyon
15. "Şalke" (Almaniya) - 814 milyon
16. "Roma" (İtaliya) - 602 milyon
17. "Napoli" (İtaliya) - 590 milyon
18. "Vest Hem" (İngiltərə) - 561 milyon
19. "Lester" (İngiltərə) - 558 milyon
20. "Lion" (Fransa) - 543 milyon

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.