İdman

Rusiya klubunda daha 4 koronavirusa yoluxma aşkarlanıb

28 May 2020 17:54
0 Şərh     Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva "Lokomotiv"i koronavirus testinin nəticələrini açıqlayıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, Rusiya klubu daha 4 nəfərin testinin mənfi çıxdığını bəyan edib.

Futbolçu, məşqçi və baza işçilərinin testindən sonra klub məşqləri bərpa edib. Virusa yoluxan futbolçular isə Dmitri Barinov, Anton Koçenkov, Timur Süleymanov və Roman Tuqarevdir. Adıçəkilən oyunçuların özlərini yaxşı hiss etdikləri və evlərində təcrid vəziyyətində qaldıqları vurğulanıb. Komanda isə hökumətin tələblərinə riayət edərək məşqlərə başlayıb.

Qeyd edək ki, Rusiya Premyer Liqasında çıxış edən futbolçular arasında koronavirusa ilk olaraq "Lokomotiv"in digər oyunçusu Cefferson Farfan yoluxub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.