Koronavirus pandemiyası səbəbi ilə yarımçıq dayandırılan La Liqa bərpa olunur.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, mövsüm iyunun 12-də start götürəcək.
Məlumata görə, çempionat cümə günü Əndəlus derbisi - "Sevilla" - "Real Betis" görüşü ilə davam edəcək. Turun digər matçlarının təqvimi mayın 28-də açıqlanacaq. Qarşılaşmalar azarkeşsiz keçiriləcək.
Milli.Az