2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilməsi nəzərdə tutulan üzgüçülük üzrə dünya çempionatı COVID-19 pandemiyası səbəbindən təxirə salınıb.
Milli.Az oxu.az-a istinadənxəbər verir ki, bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasından məlumat verilib.
Federasiyanın elan etdiyi yeni qərara əsasən, üzgüçülük üzrə dünya çempionatı 13-18 dekabr 2021-ci il tarixində keçiriləcək.
Milli.Az