İdman

İtaliyada komanda halında məşqlərə icazə verildi

20 May 2020 12:01
0 Şərh     Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Elm və Texnologiya komitəsi (CMT) A Seriyası klublarına qrup məşqlərinin keçirilməsinə dair icazə verib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, komitə tibbi protokolun yeni versiyasını təsdiqləyib.
 
Klublar bir oyunçunun yoluxması halında, bütün komandanın 15 gün müddətinə karantinə alınmasını nəzərdə tutan bəndə qarşı çıxmışdılar. Artıq bu barədə dəyişiklik edilib. İndi futbolçulardan birində koronavirus aşkarlanarsa, yalnız o, karantin rejiminə əməl etməli olacaq. Komandanın qalan üzvləri isə müntəzəm olaraq testdən keçmək şərtilə məşqlərə davam edə biləcəklər.

Daha əvvəl İtaliyada idman tədbirlərinə qoyulmuş qadağanın iyunun 14-dək uzadıldığı məlum olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.