İdman

Şəhriyar Məmmədyarov dördüncü oldu

18 May 2020 07:16
0 Şərh     Baxış: 1 097
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 17-də blits üzrə onlayn Vilhelm Steynits memorialı başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov son 6 turda rusiyalı Piter Svidler, ABŞ şahmatçı Cefri Ksionq, ispaniyalı David Quiyarro ilə heç-heçə edib. Vyetnamlı Le Quanq Liemə qalib gələn şahmatçımız ukraynalı Anton Korobov və Rusiyanın daha bir təmsilçisi Aleksandr Qrişuka məğlub olub.

Yekun nəticələrə görə şahmatçımız 9,5 xalla 4-cü yeri tutub. Turnirin qalibi 12 xalla norveçli dünya çempionu Maqnus Karlsen olub. Ümumi mükafat fondu 30 min avro olan turnir FIDE-nin və "chess24.com"un təşkilatçılığı ilə keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.