İdman

Türkiyənin daha bir klubu məşqləri bərpa etdi

14 May 2020 17:27
0 Şərh     Baxış: 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Super Liqasında mübarizə aparan daha bir klub koronavirus pandemiyasına görə yaranmış fasilədən sonra məşqləri bərpa edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Gaziantep" komandasının üzvləri ötən gündən etibarən klubun bazasında fərdi məşqlərə başlayıblar. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, komanda üzvlərindən, məşqçilər korpusundan və digər klub çalışanlarından götürülən bütün koronavirus testlərinin nəticəsi mənfi olub. Bu üzdən də futbolçuların sosial məsafə qaydalarını qorumaq şərtilə məşqə başlamasına icazə verilib.

Qeyd edək ki, Türkiyə Super Liqasında 2019/20 mövsümünün iyunun 12-dən etibarən bərpası nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.