İdman

Simeone Kloppun cavabını verdi

12 May 2020 17:27
0 Şərh     Baxış: 1 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Liverpul"un çalışdırıcısı Yurgen Kloppun onun komandası ilə bağlı tənqidinə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, alman mütəxəssis Çempionlar Liqasının 1/8 finalında Madrid klubuna uduzaraq turnirdə mübarizəni dayandırdıqları cavab matçından (2:3) sonra rəqibin oyun üslubunu tənqid etmişdi. O, "Atletiko"nun çox müdafiə olunduğunu demişdi.

Simeone isə Kloppun fikirlərinə cavab olaraq deyib: "Futbol boks kimidir, nə vaxt hücum edəcəyinizi bilməlisiniz. Biz hansı üstünlüklərimizin olduğunu bilirik. Məsələn, möhtəşəm komanda olan "Liverpul"la oynadığımız zaman onlar üçün problem yarada biləcəyimizi başa düşürdük.

Nə qədər şanslı olduğumuzdan danışırlar. Hesabda 0:2 geridə olan və sonra 3 qol vuran komandanı düşünürəm. Bu, heç də şans deyil. Matçlar bütövlükdə qiymətləndirilməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.