İdman

İspaniya futbol çempionatı iyunda bərpa oluna bilər

11 May 2020 08:52
0 Şərh     Baxış: 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya Futbol Çempionatı mövsümü iyunun 12-dən bərpa oluna bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə La Liganın prezidenti Xavyer Tebas bildirib.

X.Tebas deyib: "İyun 12-dən oyunların bərpa olunmasını istərdim. Birinci və ikinci divizionlar eyni vaxtda bitəcəkdir. Bəzi qarşılaşmalar 35 gün ərzində hər gün keçiriləcəkdir".

Bildirilib ki, pandemiya ilə bağlı vəziyyət tələb edərsə, liqa turnirin bərpa olunmasını bir həftə təxirə sala bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.