İdman

"Mançester Siti"nin sahibi daha bir klub alır

9 May 2020 13:24
0 Şərh     Baxış: 1 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin sahibi olan "City Football Group" rəhbərliyi yeni klub almağa hazırlaşır.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, holdinq bu dəfə Belçika təmsilçisi "Lommel"ə elçi düşüb.

Bir neçə kluba sponsorluq edən "City Football Group" Belçikanın ikinci liqa təmsilçisinin də səhmlərini almaqda maraqlıdır. Koronavirus pandemiyası səbəbindən yarımçıq başa çatdırılan liqada "Lommel" 6-cı yeri tutub. Klubun 2 milyon avro borcu var.

Qeyd edək ki, "City Football Group" "Mançester Siti"dən başqa MLS klubu "Nyu York Siti" və Avstraliya təmsilçisi "Melburn Siti"nin sahibidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory