İdman

Məşhur futbolçu hərbi xidməti diplomla başa vurdu

8 May 2020 16:19
0 Şərh     Baxış: 1 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tottenhem"in futbolçusu Son Hın Min hərbi xidməti başa vurub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun Cənubi Koreyada 3 həftəlik əsgərlik dövrü bitib.

Onun hərbi xidməti uğurlu olub. Aprelin 20-dən hərbi hazırlıqlarda iştirak edən futbolçu 157 nəfərlik şəxsi heyət arasında ən yaxşılardan biri olub. Güllə atışında isə Min maksimum nəticə göstərib.

Kursu müvəffəqiyyətlə bitirən futbolçuya diplom təqdim olunub. O, hərbi xidməti tam şəkildə yerinə yetirmək üçün 2023-cü ilə qədər bir sıra ictimai işlərdə çalışmalıdır.

Xatırladaq  ki,  S.H.Mİn 2018-ci ildə milli komanda ilə birgə Asiya Oyunlarında qızıl medal qazandığı üçün orduda 21 aylıq xidmət müddəti 1 ayla əvəzlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.