İdman

Futbolçulara danışmamaq tövsiyə olundu

7 May 2020 13:51
0 Şərh     Baxış: 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, sabahdan Cənubi Koreya çempionatında yeni mövsümə start veriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, liqa rəhbərliyi koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qərarlar qəbul edib.

Futbolçulara oyun zamanı tüpürmək və əllə görüşmək qadağan edilib. Bununla yanaşı, həm də futbolçuların meydanda danışmaması tövsiyə olunub. Məşqçi heyəti və işçilər maska və əlcəkdən istifadə edəcəklər.

Qeyd edək ki, daha əvvəl K Liqanın başlaması fevralın 29-na nəzərdə tutulsa da, koronavirusa görə mövsümün startı təxirə salınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.