İdman

Daha bir futbolçuda koronavirus aşkarlandı

7 May 2020 11:39
0 Şərh     Baxış: 774
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "Torino" klubunda futbolçuların birində koronavirus aşkarlanıb. 

Milli.Az Sport24.az-a istinadən xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Həmin futbolçunun kimliyi açıqlanmır. Sadəcə, onun xüsusi karantin rejimində qalacağı diqqətə çatdırılıb.

Xatırladaq ki, Turinin digər təmsilçisi "Yuventus"da da Daniele Ruqani, Blez Matuidi və Paolo Dibala koronavirusa yoluxmuşdu.

İtaliya A Seriyasında klublar mayın 4-dən etibarən məşqləri tədricən bərpa etməyə başlayıblar. Lakin futbolçular hələlik sosial məsafəni qorumaq şərtilə, xüsusi qruplar halında hazırlıq keçirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.