İdman

Teymur Rəcəbov daha bir heç-heçəyə imza atıb

6 May 2020 21:35
0 Şərh     Baxış: 1 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şahmat üzrə Millətlər Kubokunda dünya yığmasının tərkibində çıxış edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov dünənki görüşlərdə olduğu kimi daha bir heç-heçəyə imza atıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qara fiqurlarla oynayan T.Rəcəbov bu gün ilk görüşünü Hikaru Nakamuraya qarşı keçirib. Şahmatçımızın yer aldığı dünya yığması isə ABŞ komandasına 1,5:2,5 hesabla məğlub olub. Turun digər oyunlarında Avropa yığması Hindistan komandasına 2,5:1,5 hesabı ilə qalib gəlib, Rusiya komandası Çin yığması ilə "sülh" bağlayıb.

Bu gün keçirilən dördüncü turda isə dünya komandası Rusiya, Hindistan təmsilçiləri Çin, Avropa yığması isə ABŞ şahmatçıları ilə qarşılaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.