İdman

“Beşiktaş”dan ayrılan futbolçu Almaniya klubuna keçir

5 May 2020 13:40
0 Şərh     Baxış: 1 214
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Beşiktaş"la yollarını ayıran Loris Kariusun yeni klubunun adına aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, almaniyalı qapıçı ölkəsində çıxış edəcək.

Müqavilə ilə "Liverpul"a məxsus olan və son iki ili icarə əsasında "Beşiktaş"da keçirən 27 yaşlı qolkiper "Herta" ilə anlaşıb. Tərəflər arasında ilkin razılıq olsa da, Karius koronavirus pandemiyası ilə əlaqədar Türkiyəni tərk edə bilmir. Onun Berlin təmsilçisi ilə müqavilə detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Loris Karius yanvardan maaş almadığı üçün FİFA-ya şikayət etmiş və müqaviləsini ləğv etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.