İdman

"Barselona" ona görə 80 milyon avro və üç futbolçusundan imtina etməyə hazırdı

5 May 2020 13:18
0 Şərh     Baxış: 1 957
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" Lautaro Martinesin transferi ilə bağlı "İnter"lə danışıqları davam etdirir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Barselona" "İnter"ə 80 milyon avro təklif edib. Katalon klubu məbləği tranşlarla ödəməyə hazırdı. Həmçinin, "Barsa" sözügedən məbləğlə yanaşı, Xunior Firpo, Nelson Semedu və Jan-Kler Todibonu da qarşı tərəfə göndərməyə razıdı.

Bu, "blauqrana"nın ən yaxşı təklifidi. Lakin "İnter" Lautaronu yalnız təzminat məbləği - 111 milyon avro - qarşılığında satmaq niyyətindədi. "Neradzurri" aşağı təklifləri gözdən keçirməyi belə planlaşdırmır.

Belə olan halda, 22 yaşlı futbolçunun daha bir mövsüm "İnter"də qalacağı gözlənilir. Prezident Stiven Canq və ətrafı Lautaronun Antonio Konteninin rəhbərliyi altındakı ikinci mövsümdə daha da inkişaf edəcəyi və transfer qiymətini artıracağını düşünür.

Cari mövsümdə İtaliya A Seryasında 22 matçda meydana çıxan argentinalı hücumçunun aktivində 11 qol, 4 məhsuldar ötürmə var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.