İdman

Renat Dadaşovun İngiltərə klubundakı işi çətinləşir

5 May 2020 12:45
0 Şərh     Baxış: 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Millimizin futbolçusu Renat Dadaşovun şərəfini qoruduğu "Vulverhempton" yeni hücumçu transferinə hazırlaşır.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, İngiltərə klubu yay transfer dönəmində Belçika "Brügge"sindən heyətinə qatmaq istədiyi Emmanuel Dennis üçün 22,91 milyon funt-sterlinq ödəyəcək. 

Xəbərdə bu mümkün transferin komandada iki oyunçu tərəfindən müsbət qarşılana bilməyəcəyi yazılıb: "Leonard Kampana və Renat Dadaşov U-23 komandasında inkişaf edirlər və baş məşqçisi Nuno Espiritonun onları əsas heyətə dəvət edəcəklərini gözləyirlər. Ancaq Dennisin transferi onların şanslarına böyük ziyan vuracaq".

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton"la 4 illik müqavilə imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.