İdman

"Beşiktaş"da ilk ayrılıq

4 May 2020 22:04
0 Şərh     Baxış: 1 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Beşiktaş"ın qapıçısı Loris Karius komandadan ayrılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə alman qapıçı şəxsi İnstaqram hesabında paylaşım edib. O, sözləşməsini birtərəfli ləğv etdiyini və müqavilə ilə məxsus olduğu "Liverpul"a qayıtdığı bildirilib:

"Bu gün "Beşiktaş"la müqaviləmə xitam verdim. Hər şeyin bu şəkildə bitməsi təəssüf doğurur, amma  mən məsələni heç bir problem olmadan həll etmək üçün əlimdən gələni etdim. Rəhbərliklə dəfələrlə danışdım və hər dəfə səbirli davrandım.  Təəssüf ki, problemi həll etməyə çalışmadılar. Maaşımda endirim etmək təklifimi də qəbul etmədilər".

Qeyd edək ki, Karius 2018-ci ilin yayında "Liverpul"dan icarə əsasında "Beşiktaş"a keçmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.